Salyanda avtomobil kollektora düşüb

22 Sentyabr 2023 11:12 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Salyan rayonu, Parça Xələc kəndində hərəkətdə olan avtomobilin su kollektoruna düşməsi barədə məlumat daxil olub.

FHN-dən SİA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Ford” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.