Zelenski Kanadaya getdi

22 Sentyabr 2023 09:42 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Kanadaya səfər edib. SİA xəbər verir ki, bu barədə Kanada hökumətinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, liderlər Kanadadan Ukraynaya hərbi, iqtisadi və humanitar dəstəyi müzakirə edəcəklər.

Zelenski və Trudo iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinə dair saziş də imzalayacaqlar.