Qaradağda ağır yol qəzası baş verib

22 Sentyabr 2023 08:10 (UTC+04:00)

Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib, ana və oğlu xəsarət alıblar. SİA-nın məlumatına görə, Ələt magistral yolun Qaradağ rayonu ərazisində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1991-ci il təvəllüdlü Paşayeva Nabat Hafiz qızı və onun övladı 2010-cu il təvəllüdlü Paşayev Yusif Elvin oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ananın vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.