Yaponiyada güclü zəlzələ baş verib

22 Sentyabr 2023 08:02 (UTC+04:00)

Yaponiya sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri 50 min insanın yaşadığı Tateyama şəhərindən 483,7 km cənub-şərqdə yerləşib.

Zəlzələ ocağı yerin 12,7 km dərinliyində yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.