Müğənni Atiye ikinci dəfə ana oldu. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, beş il əvvəl Erol Sebebci ilə ailə quran müğənni Atiye ikinci dəfə ana olub. 2019-cu ildə Ferahfeza adlı qızını dünyaya gətirən müğənni ötən axşam ikinci qızını dünyaya gətirib.
Məşhur müğənni qızını təbii yolla dünyaya gətirib. Atiye və Erol Sebebçi qızlarına Neva adını veriblər.