Makron Paşinyanla Qarabağda baş verənləri müzakirə edib

21 Sentyabr 2023 22:58 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı yaranmış vəziyyətdən çıxmaq üçün atılacaq addımlar müzakirə olunub.