Türkiyə yığması Montella ilə müqavilə bağlayıb

21 Sentyabr 2023 20:22 (UTC+04:00)

Türkiyə Futbol Federasiyası millinin yeni baş məşqçisinin adını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, italiyalı mütəxəssis Vinçenzo Montella Türkiyə millisinin baş məşqçisi təyin edilib.

Qeyd edək ki, Montella ilə 3 illik müqavilə bağlanıb.