UEFA "Qəbələ"nin oyununa təyinatları açıqladı

21 Sentyabr 2023 14:54 (UTC+04:00)

"Qəbələ" və Şimali Makedoniyanın “Puşkas Akademiya” komandaları arasında baş tutacaq UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyununun təyinatları bəlli olub. SİA xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.

Əsas referi Sayat Karabayevə Timur Tursumbayev və Yevgeni Karlov yan xətt hakimi qismində yardımçı olacaqlar.

Qeyd edək ki, oktyabrın 4-də Qəbələdə təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.