“Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan istehlakında ərzaq məsulları sözsüz üstünlüyə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycanda istehlakı yönləndirən xərclərin 60 faizindən çoxu ərzaq məsullarının alınması üçün istifadə olunur: “Bu bir tərəfdən ərzaq məsullarına tələbin yüksək olaraq qalması, digər tərəfdən isə 2022-ci ildən başlayaraq həm dünyada, həm də Azərbaycan istehlak bazarında daha yüksək inflyasiyanın qeydə alınması ilə əlaqədardır.
Nəzərə alsaq ki, idxal inflyasiyası yenə aktivdir. Bu da nəticə etibarı ilə istehlak bazarında qiymətlərə təsir göstərir. Bu baxımdan da ərzaq məsulları istehlakda xüsusi yerə malikdir. Biz ərzaq xərclərinin ümumi xərclərdə payının artmasını müşahidə edirik”.