Azərbaycan həm hərbi, həm də diplomatik qələbə qazandı - ŞƏRH

21 Sentyabr 2023 14:12 (UTC+04:00)

Azərbaycan lokal antiterror tədbirləri həyata keçirməkdə tam haqlıdır və bu, beynəlxalq hüquq baxımından əsaslıdır. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətini qəbul etmir. Belə ki, Ermənistan 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Bu məğlubiyyəti qəbul etməyərək Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyannamənin də şərtlərini heçə sayaraq terror aktları törədir. Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməsinə baxmayaraq, “humanitar yardım” adı ilə buraya silah-sursat daşıyırdı. Üstəlik, bütün bunları Qərbin dəstəyini alara qedir.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb.

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmişərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədiləQəhrəman Ordumuz bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirərək qarşıya qoyulan vəzifələri yerinə yetirdi.Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə növbəti dəfə öz gücünü, peşəkarlığını və yüksək döyüş qabiliyətini nümayiş etdirdi. Ordumuz 21-ci əsrin qalib ordusu olduğunu sübut etdi. Hər birimiz bununla fəxr edir, qürur duyuruq. Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə tarixi qələbə qazandı

Milli Məclisin deputatı
Rauf Əliyev