Ordumuzun Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar yalandır- MN

21 Sentyabr 2023 12:33 (UTC+04:00)

"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır".

Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanıb.