"Qardaş ölkə Azərbaycanda toplantıda olmaqdan çox məmnunam. Türkiyə və Azərbaycan xüsusi bağlarla bir-birinə sıx bağlıdır. Biz ortaq tarix və mədəniyyətə malikik. Biz bir millət iki dövlətik". SİA xəbər verir ki, bu sözləri Asiya Parlament Assambleyasının Türkiyə nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen deyib.
Abdulkadir Emin Önən sözlərinə belə davam edib: "Qardaş xalq olaraq biz bir-birimizi hər zaman dəstəkləyirik. Qarabağ işğal olunanda biz ağlayırdıq. Vətən müharibəsindən sonra isə qələbəni sizinlə birlikdə əldə etmişik.
Onu da qeyd edim ki, bu gün Türkiyə-Azərbaycan qardaşlığı bütün regiona unikal bir nümunədir".
Ayşən Vəli