Bakı-Quba avtomobil yolunun bir hissəsində yenidənqurma işləri yekunlaşır - FOTO/VİDEO

21 Sentyabr 2023 09:28 (UTC+04:00)

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri yekunlaşır. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılır. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edir.

Bu istiqamətdə nəqliyyat axının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunur.

İşlərin aparıldığı ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin edilib.

https://youtu.be/pkERoKg_kEg?si=YJ0Kdi-ofXEhBFmX