Səkkiz ayda 20 min tondan çox əczaçılıq məhsulları idxal edilib

21 Sentyabr 2023 06:51 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında 20,2 min ton əczaçılıq məhsulları idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən əczaçılıq məhsullarının dəyəri 401,5 milyon dollar olub.

Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 432,1 milyon dollar olmaqla, 19 min ton əczaçılıq məhsulları idxal edilib.