Bakıda Asiya Parlament Assambleyası Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclası keçirilir. SİA xəbər verir ki, burada APA-ya üzv ölkələrin nümayəndə heyətləri iştirak edir.
İclasda təşkilatın bir neçə qətnaməsi qəbul ediləcək. Belə ki, iclasda “Asiyada mədəni müxtəlifliyin təşfiqi və mədəni irsin qorunması istiqamətində tədbirlər haqqında” qətnamə layihəsi, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası haqqında” qətnamə layihəsi, Asiyada səhiyyə bərabərliyi üzrə əməkdaşlıq haqqında” qətnamə layihəsi, “Asiya parlamentariləri korrupsiyaya qarşı” qətnamə layihəsi, “APA qadın parlamentariləri haqqında” qətnamə layihəsi və digər qətnamə layihələri müzakirə ediləcək.
Ayşən Vəli