Sumqayıtda usta 9-cu mərtəbədən yıxılaraq ölüb

20 Sentyabr 2023 17:10 (UTC+04:00)

Sumqayıtda usta 9-cu mərtəbədən yıxılaraq ölüb.

SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, sentyabrın 19-u saat 10:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidovun hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb. İbtidai istintaq aparılır.