Simeone ilə sözləşmə yenilənəcək

19 Sentyabr 2023 23:26 (UTC+04:00)

"Atletiko Madrid" baş məşqçisi Dieqo Simeone ilə bağlı qərar verib.

SİA-nın əldə etdiyi məlumata görə, rəhbərlik mütəxəssislə müqaviləni yeniləyəcək.

Bu barədə “El Chiringuito” nəşri məlumat yayıb. Xəbərə görə, argentinalı məşqçinin cari sözləşməsi daha 2 il müddətinə uzadılacaq.

Qeyd edək ki, 53 yaşlı Dieqo 2011-ci ildən “Atletiko Madrid”i çalışdırır.