Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Lloyd Ostin ABŞ-ın Abrams tanklarının tezliklə Ukrayna ordusu tərəfindən istifadə ediləcəyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyanın Ramşteyn bazasında keçirilən 15-ci Ukrayna Müdafiə Əlaqə Qrupunun toplantısından əvvəl çıxış edib.
“Abrams tankları tezliklə Ukraynaya daxil olacaq'',-deyə Lloyd Ostin qeyd edib.
ABŞ və digər tərəfdaşlarının Ukraynaya verdiyi müdafiə dəstəyinin 76 milyard dolları keçdiyini bildirən Ostin bu ölkəyə dəstəyin davam edəcəyinə söz verib.
Amerika Birləşmiş Ştatlarının müdafiə naziri həmçinin bildirib ki, ABŞ ukraynalı F-16 pilotlarına təlim keçəcək.