Ana 10 aylıq körpəsini boğaraq öldürüb

19 Sentyabr 2023 19:43 (UTC+04:00)

...Körpənin meyiti Moskvanın cənub-şərqində mənzillərdən birində tapılıb. Məlum olub ki, uşaq öldürülüb. Hadisə yerində müstəntiqlər, prokurorlar və kriminalistlər işləyir.

SİA-nın əldə etdiyi məlumata görə, Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, hadisə çərşənbə axşamı, sentyabrın 19-da Taqanroq küçəsindəki yaşayış binasındakı mənzildə baş verib.

Belə ki, 10 aylıq uşağın cəsədində boğulma, zorakı ölüm əlamətlərini müəyyən edilib.

Moskva prokurorluğunun mətbuat xidməti qeyd edib ki, ilkin məlumata görə, oğlan uşağı anası tərəfindən boğularaq öldürülüb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 2-ci hissəsinin “c” bəndi ilə cinayət işi başlanıb.

Prokurorluq, uşağın anasının hərtərəfli psixoloji və psixiatrik müayinədən keçəcəyini də bildirib.

Nazlı