Azərbaycan Ordusunun mülki obyektləri atəşə tutması barədə məlumatlar tamamilə yalandır- MN

19 Sentyabr 2023 15:12 (UTC+04:00)

Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyindən SİA-ya bildirilib.

Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.