“Məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir” - EKSPERT İRADLARINI BİLDİRDİ

19 Sentyabr 2023 15:24 (UTC+04:00)

"Bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasına fikir verirlər. Çünki bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: "Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşur və skaliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır.

Bu gün təkcə dərs oxumaq yox, həm də o dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib. İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib.

Çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Bilirsiz, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır.

Sizə beynəlxalq təcrübəni və qəbul olunan prinsipləri deyim. Çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq beldə sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər.

Mən bununla bağlı monitorinq aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kiloqram 145 qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram və ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbətdə ki, bu 1-ci sinif şagirdi üçün çoxdur. Çıxış yolu kimi, onu qeyd edim ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı kitabların həcmində ixtisarlar edilməlidir.

Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində də deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. ABŞ-da uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var. ABŞ-da həftənin 5-ci gün isə şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur.

Amma çıxış yolu rüblüklər üzrə dərsliklərin hazırlanması ola bilməz. Ona görə ki, indi əvvəlki kimi 4 rüb yoxdur, 2 rüb var, bunan başqa mövzular arası əlaqə pozulur. Çünki hər 4 həftədən bir keçirilən KSQ və rübün sonunda keçirilən BSQ imtahanlarında şagirdlər əvvəlki mövzuları da təkrarlamalı olurlar. əgər həmən vəsaitlər onların yanında olmsa, bu zaman onlar əvvəlki dərsləri təkrar edə bilməyəcək. Amma şagirdlərə verilən dərsliklər iki nüsxə olsa, birini evdə, digərini məktəbdə saxlasalar, o zaman onlar ağır kitabları daşımazlar.

Təhsil Nazirliyi nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib. Bu olduqca müsbət bir addımdır. Çünki şagirdlərin daşıdıqları çantalar həqiqətən də çox ağırdır. Çantanın ağır olmasına 4 amil təsir göstərir:

1.Çantanın özünün çəkisi,

2.çantaya qoyulan dərsliklər,

3. çantaya valideiynlər tərəfindən qoyulan qida, su ehtiyatı,

4. Köməkçi və əlavə dərs vəsaitləri, ləvazimatları.

Rəsmi olaraq I sinfin 5 kitabı var, onların çəkisi 1 kiloqram 145 qramdır. İş dəftərləri ilə birlikdə isə bu çəki 2 və ya 3 kiloqrama yaxın olur. Amma bu rəqəm rellığı əks etdirmir.
Kitabın yüngülləşdirilməsi hansı formada həyata keçirilə bilər:

1.Dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər. Amma bu olduqca təhlükəlidir. Çünki yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan da sərfəli olmaz. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır.

2.Dərsliyin yazı şiriftlərini kiçiltməklə həcminin azaldılması. Bundan ümumiyyətlə istifadə etmək olmaz. Onsuzda orta məktəbləırdə təhsil alan şəgirdlərin 65 faizində görmə problem var və bu və addımın atılamsı daha ciddi fəsadlar yarada bilər.

3.Dərsliyin həcminin azaldılması üçün paraqraf daxilində abzasların silinməsi. Bu da fikirlər arasında əlaqəni itirə bilər və dərsliyin məzmunu yoxa çıxa bilər.

Dəsrliyin çəkisinin azaldılması istiqamətində hesab edirəm ki, atılmalı ən zəruri addımlarrın biri odur ki, dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qalsın və şagirdlər çantalarında dərslik daşımasınlar. İkincisi dərsliklərdə ancaq lamizi məlumatlar, biliklər yazılsın, əlavə, lazımsız mövzulara ehtiyac yoxdur".

Ayşən Vəli