Çimərlik futbolu üzrə millimiz Avropa Superfinalına qələbə ilə başlayıb

19 Sentyabr 2023 14:45 (UTC+04:00)

Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunan Avropa Superfinalında ilk oyununa çıxıb. SİA xəbər verir ki, Zeynal Zeynalovun baş məşqçi olduğu kollektiv Türkiyə yığması ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Millimiz penaltilər seriyasında rəqibini məğlub edib.

Qeyd edək ki, yığma II turda, sentyabrın 20-də Rumıniya ilə üz-üzə gələcək.