“ “Əsrin müqaviləsi”nin həmin dövrdə bağlanması bir neçə istiqamətdə Azərbaycana divident gətirdi. Yenicə müstəqillik əldə etmiş dövlət olan Azərbaycanın iqtisadi cəhətdən güclənməsi üçün müəyyən proqramlara ehtiyac var idi”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Səs Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, 1992-cı ilin oktaybrında Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə cavabında Azərbaycanın düşdüyü ağır vəziyyətdən çıxış yollarından birinin də məhz iqtisadi müstəqilliyin olması və iqtisadi proqramların həyata keçirilməsinin vacibliyini bildirmişdi:
“ 1994 -cü ilin sentyabrında bağlanan “Əsrin müqaviləsi” də iqtisadi proqramların həyata keçirilməsi üçün mühüm töhvə idi. Bu müqavilənin görülən tərəfləri neft strategiyası idisə, görünməyən tərəfləri siyasi, diplomatik, mədəni, ordu quruculuğu, xalqın rifahının yaxşılaşdırılmasında atılan addım idi. “Əsrin müqaviləsi” həm də strateji olaraq dövlətimizin dünyaya təqdim olunmasında mühüm rol oynadı”.