Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək

19 Sentyabr 2023 11:35 (UTC+04:00)

Oktyabrın 28-29-da Bakıda bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək.

Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dünyanın ən yaxşı cütlüklərinin təqdim olunacağı turnir ilk dəfə təşkil olunacaq.

Çempinatda beşqat dünya çempionları, Azərbaycanın əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina da çıxış edəcəklər.