Ali Məhkəmədə “Açıq qapı” günü keçirilib, məktəblilər qurumun fəaliyyəti barədə məlumatlandırılıb.
Bu barədə SİA-ya Ali Məhkəmədən məlumat verilib.
Şagirdlər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.
Ali Məhkəmənin hakimi Əhliman Xıdırov şagirdlərə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb.
Məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Sonda məktəblilər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.