Xocavənddə yük avtomobili minaya düşüb - sürücü və sərnişin həlak olub

19 Sentyabr 2023 04:49 (UTC+04:00)

Sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, “Azəravtoyol” ASC-yə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar.

Araşdırma aparılır.