Güləşçimiz Olimpiya lisenziyasını əldən verdi

19 Sentyabr 2023 04:19 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında Olimpiya lisenziyası uğrunda görüşə çıxıb. SİA xəbər verir ki, idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya uğrunda qarşılaşmada Yunanıstan təmsilçisi Georgios Kougioumtsidislə üz-üzə gəlib.

Bayramov rəqibinə uduzub və olimpiadaya lisenziya əldə edə bilməyib.