Füzulidə DİN-in 3 əməkdaşı yol qəzasında həyatını itirdi - altısı xəsarət alıb

19 Sentyabr 2023 01:42 (UTC+04:00)

Sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.