Bu arada Xabarovsk diyarından döyüşlərə səfərbər olunan şəxs qardaşını oğurluqda ittiham edir.
SİA-nın əldə etdiyi məlumata görə, 20 yaşlı rusiyalı ötən ilin payızında xüsusi hərbi əməliyyat zonasına göndərilib.
Və getməzdən əvvəl böyük qardaşına bank kartını verib. O qardaşından kartda olan vəsaitin yalnız analarına kömək etmək üçün xərclənməsini tapşırıb. Qalan vəsaitə isə qənaət etməyi tapşırıb.
Bizlərdə onu necə deyirlər, kimə deyəsən?
Beləliklə, müəyyən müddətdən sonra döyüşlədən evə qayıdan kiçik qardaş böyük qardaşından qənaət edilən pulla maraqlanıb. Demə, naxələf çıxan böyük qardaş kiçik qardaşın bank kartındakı pulların “kötüyünə şoxdan daş atıb”.
Yəni “…məlum olub ki, o, döyüşərkən qardaşı kartdakı bütün pulları axmaqcasına xərcləyib”.
Hə, indi qardaş qardaşı məhkəməyə verib. Deyilənə görə, pulları israf edən qardaşı on ilə qədər həbs cəzası gözləyir.
Nazlı