Masallıda 25 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.