Kayseridə keçirilən Türkiyə At Oxçuluğu Çempionatı

18 Sentyabr 2023 23:02 (UTC+04:00)

Kayseridə keçirilən Türkiyə At Oxçuluğu Çempionatı başa çatıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Çempionatın son günündə idmançılar 5 kateqoriya üzrə mübarizə aparıblar.

Ümumi kateqoriya cədvəl bölməsində Alperen Alptekin birinci, Abdullah Ali İdris ikinci, Yiğit Kerem Kekeç üçüncü olub.

Alperen Dəmirin birinci olduğu “balqabaq döngəsi”ndə Emre Kibar ikinci, Veysəl Batuhan Boy isə üçüncü seçilib.

Ümumi kateqoriyada Alperen Demir birinci, Yiğit Kerem Kekeç ikinci, Alperen Alptekin üçüncü olub.

Qalib idmançılara mükafat və medalları Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan, Zübeyir Bəkiroğlu, Kayseri icra hakimi Gökmen Çiçek və Kayseri Böyükşəhər bələdiyyə sədri Memduh Büyükkılıç verib.