Türkiyənin endemik balıq növləri

18 Sentyabr 2023 23:26 (UTC+04:00)

Türkiyənin endemik balıq növlərinə ev sahibliyi etdiyini bilirsinizmi? SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Dünyayadakı balıq növlərinin 2,9 faizi Türkiyə dənizlərində yaşayır. Yəni Türkiyə çox sayda balıq növünə ev sahibliyi edən ölkələrdən biridir.
Türkiyədəki endemik balıqlarının əhəmiyyətli bir hissəsi qapalı daxili hövzələrdəki göl və dərələrdə yaşayır. Türkiyənin ən məşhur endemik balığı ''İnci kefalı''dır. Bu balıq növü ildə orta hesabla 15 ton ovlanır. Van gölü ətrafında yaşayan təxminən 14 min insan dolanışığını bu balığı ovlayaraq təmin edir.
Van gölünün minerallı sularında yaşayan balıqlar aprel ayının ortalarında yumurta qoymaq üçün yola çıxırlar. Çətin bir səfərdən sonra yumurtalarını Van gölünə axan çaylara qoyurlar. Hər dişi ''İnci kefalı''nın qarnında 10 min yumurta olur və yumurta qoymadan ovlanan hər balıq 10 min yeni balığın məhv olması mənasına gəlir. Balıqlar yumurta qoyduqdan 75 gün sonra gölə qayıdırlar.
1996-cı ildən bəri ''İnci kefalı''nın qorunması ilə bağlı mühüm araşdırmalar aparılır. Erciş-Deliçay balıq bəndində bu endemik balığı müşahidə etmək üçün yaradılan köç müşahidə sahəsinə minlərlə insan toplaşa və İnci Kefalının köçünü seyr edə bilər. Bundan əlavə, Ercişdə Beynəlxalq İnci Kefalı Köç Mədəniyyət və İncəsənət Festivalı keçirilir.