Dil imtahanından keçə bilməyən minlərlə rus Latviyadan qovulur

18 Sentyabr 2023 22:06 (UTC+04:00)

Latviyada yaşayan təxminən 3,6 min rusiyalı gələn həftə üç ay ərzində ölkəni tərk etmələri barədə bildiriş alacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, TV3 xəbər verir ki, bu barədə Latviyanın Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və Miqrasiya İdarəsinin nümayəndəsi Maira Rouz bildirib.

Rouzun dediyinə görə, qərar yaşayış icazəsini yeniləmək üçün Latviya dili imtahanına yazılmayan ruslara şamil ediləcək.

“...İmtahandan keçməyən və ərizə təqdim etməyənlərə gələn həftə bildiriş göndəriləcək, Təxmini sayı 3600 nəfər olacaq ruslar Latviyanı tərk etməli olacaqlar”.

Bunları deyən latviyalı səlahiyyətli onu da qeyd və əlavə edib ki, ölkəni tərk etməli olanlar müraciətimizə əhəmiyyət verməyib, imtahana gəlməyənlərdir.

...Latviya qanunvericiliyinə görə, 2022-ci ilin sentyabrında ruslara verilən yaşayış icazələrinin müddəti 2023-cü il sentyabrın 1-də başa çatır. Sonra onlar Avropa İttifaqının daimi sakini statusu almalı və A2 səviyyəsində dil biliklərini təsdiqləməlidirlər.

Ağasəf Babayev