Son yeddi gündə COVID-19 əleyhinə 223 doza vaksin vurulub

18 Sentyabr 2023 21:24 (UTC+04:00)

Sentyabrın 11-dən 17-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 223 doza vaksin vurulub.

SİA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, həftə ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 50, ikinci doza vaksinlərin sayı 7, üç və daha çox doza vaksinlərin sayı 150, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 16-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 969 min 615, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 413 min 487, ikinci mərhələ üzrə 4 milyon 884 min 368, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 405 min 336, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 424-dür.