İranda saxlanılan 5 Amerika vətəndaşı sərbəst buraxılıb.

18 Sentyabr 2023 19:46 (UTC+04:00)

İranda saxlanılan 5 Amerika vətəndaşı sərbəst buraxılıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ağ Ev rəsmiləri Amerika mətbuatına verdiyi açıqlamada ABŞ vətəndaşlarının və 2 ailə üzvünün təyyarə ilə İranı tərk etdiklərini və bu şəxslərin əvvəlcə Qətərin paytaxtı Dohaya gedəcəklərini bildirib.

Rəsmilər sözügedən şəxslərin sağlamlıq yoxlamalarından sonra ABŞ-a məxsus hökumət təyyarəsi ilə ölkələrinə qayıdacaqlarını bildirib.

Digər tərəfdən, İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Ferzin bu gün paytaxt Tehranda təşkil etdiyi mətbuat konfransında "İran banklarının Qətərdəki hesablarının aktivləşdirildiyi barədə Doha rəhbərliyindən məlumat aldıqlarını" bildirib.

Ferzin ABŞ ilə əldə olunan məhbus mübadiləsi razılaşması çərçivəsində sərbəst buraxılan aktivlərin 5 milyard 573 milyon 492 min avro olduğunu və İran pullarının Qətərdəki bank hesablarına köçürüldüyünü bildirib.