“Arayik Artunyanın istefasından sonra keçirilən seçkilərdə hakimiyyətə gələn Samvel Şahramanyan rasist bəyanatlar verərək, Arsaxı sona qədər müadifə edəcəklərini və Azərbaycanla üçüncü tərəfin iştirakı ilə danışıqlar aparacaqlarını bəyan etdilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağda yaşayan erməniləri blokadaya alması və etnik təmizlə aparmaq niyyətində olması ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayırlar. Ancaq beynəlxalq ictimaiyyət də bilir ki, Azərbaycan heç bir yolu bağlamayıb, əksinə biz humanitar yardımın aparılması üçün alternativ Ağdam-Xankəndi yolunun istifadə edilməsini təklif etdik. Lakin onlar bundan imtina etdilər.
Qırmızı Xaç Komitəsinin xətti ilə aparılan danışıqlarda sentyabrın 1-dən Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yolunun eyni zamanda açılmasına razılıq əldə olundu. Lakin yenidən həmin qüvvələr bu məsələni dayandırdılar.
İlk humanitar yardım da Azərbaycanın dediyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla göndərildi. Hesab edirəm ki, artıq gərginlik yavaş-yavaş azalır. Ermənilər artıq başa düşürlər ki, bizlə yenidən müharibə apara bilməzlər. Eyni zamanda ermənilərin ərazilərimizdən köçü prosesi də artıq başlayıb. Lakin istənilən halda revanşist qüvvələr yenidən müharibəyə cəhd etsələr, bu zaman Azərbaycan ordusu onlara lazımi cavabı verəcək”.