İranda qaz partlayışı baş verib

18 Sentyabr 2023 16:06 (UTC+04:00)

Bu gün İranın Xuzestan əyalətinin Şadeqan bölgəsində qaz partlayışı baş verib. SİA xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, hadisə nəticəsində iki nəfər həyatını itirib.

Qeyd edək ki, partlayışın səbəbləri araşdırılır.