Türkiyədə axtarışda olan terrorçu zərərsizləşdirilib

18 Sentyabr 2023 14:42 (UTC+04:00)

Türkiyədə qırmızı kateqoriyada axtarışda olan “Axin Muş” kod adlı terrorçu Hülya Demirer məhv edilib.

SİA-nın xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, zərərsizləşdirilən terrorçu 79 nəfərin şəhid, 339 nəfərin isə yaralanmasına səbəb olub.