15 - 17 sentyabr 2023-cü ildə Sosial Tədqiqatlar Mərkəzində Ulu Öndər Heydər Əliyevin, Türkiyə Respublikasının 100 illiyi və Şuşa bəyannaməsinin ildönümünə həsr edilmiş IV Beynəlxalq Elm və Sosial Elmlər Konqresi keçirildi.
SİA-nın xəbərinə görə, Türkiyənin BZT Akademiyasının rəhbəri Baha Yılmaz, həmin Akademiyanın Azərbaycan, Qafqaz və Orta Asiya üzrə rəhbəri Fərahilə Şükürova-Babayevanın təşkilatçılığı ilə həyata keçirilən Konqresin plenar hissəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli sabiq səfiri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç, YAP veteranlar şurasının sədr müavini, Türk Ağsaqqaları İctimai Birliyinin sədri Sudeif İmamverdiyev, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, Uludağ Universitetinin professoru Mehmet Yüce, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə, Azərbaycan Dillər Universitetinin “Beynəlxalq əlaqələr” fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli,TAİB Qadınlar Şurasının sədri Güllü Yoloğlu, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasın professoru, Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev, CBC telekanalının əməkdaşı Ramil Baba, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq Polis Mərkəzinin Türkiyə üzrə komissarı, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizov, Azərbaycan Universitetinin “Siyası elmlər” kafedrasının müdiri Elvin Talışınski, Milli Təhlükəsizlik üzrə uzman ekspert Rəşad Rzayev və “Əbədi Birlik” İctimai Birliyinin rəhbəri Şahin Əliyev aktual mövzularda çıxış etdilər.
Müxtəlif elm və tədris müəssisələrinin mütəxəssisləri və tələbələrin müəllifi olduqları Konqres məqalələrinin nəşri nəzərdə tutulub.