Aralıq dənizində zəlzələ olub

18 Sentyabr 2023 09:26 (UTC+04:00)

Aralıq dənizində yenidən zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.9 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 6 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.