Paytaxtda yataqxanada yanğın olub

18 Sentyabr 2023 09:21 (UTC+04:00)

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 10 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.