Elnarə Abdullayevanın əməliyyatdan sonrakı halı - FOTO

18 Sentyabr 2023 02:45 (UTC+04:00)

Əməkdar artist Elnarə Abdullayeva əməliyyatdan sonrakı görüntüsünü yayımlayıb. SİA xəbər verir ki, Elnarə A. gözünün üstündəki artıq əti kəsdirib, gözlərini dartdırıb və altındakı qırışlardan xilas olub. "1 aydır əməliyyat olundum. Həkimə dedim ki, gözümün altında və üstündə dəyişiklik etsin" deyə, Elnarə bildirib.