Məşhur cütlük boşandı

16 Sentyabr 2023 12:00 (UTC+04:00)

ABŞ-li aktyor Hyu Cekman və həyat yoldaşı Deborra-Li Ferness boşanıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə cütlük birgə açıqlama yayıb.

"Biz 30 ilə yaxın ər-arvad kimi gözəl, sevgi dolu bir evlilikdə birlikdə yaşamışıq. Yolumuz indi dəyişir və biz ayrı yollarla getməyə qərar verdik. Ailəmiz bizim prioritetimiz olub və həmişə olacaq", - deyə eks-cütlük bildirib.

Bildirək ki, Cekman 1996-cı ildən Deborra-Li Fernesslə evlidir.