Ceyda Düvencinin yeni layihəsi bəlli olub

16 Sentyabr 2023 10:18 (UTC+04:00)

Məşhur türk aktrisa Ceyda Düvencinin yeni layihəsi bəlli olub.

SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Saklambaç" serialında rol alacaq. O, layihədə "Filiz" obrazına həyat verəcək.

Qeyd edək ki, serialın baş rollarını Uraz Kaygılaroğlu ilə Cemre Baysel paylaşacaq.