“X”da yeni funksiya

15 Sentyabr 2023 02:20 (UTC+04:00)

İlon Mask “X” sosial şəbəkəsinin yeni funksiyasını elan edib. SİA xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib.

Bundan sonra bəyəndiyiniz mesajları başqalarından gizlətməyə imkan verən funksiya işə düşəcək.

“İndi bəyənmələrinizi gizlədə bilərsiniz”, - deyə Mask bildirib.

Qeyd edək ki, əvvəllər bəyənilən hər bir yazı istifadəçinin səhifəsində göstərilirdi.