Marqo Robbie və Rayana Qoslinqin rəsmi səsləri olan “Barbi” filmi Rusiyanın 120-dən çox şəhərində nümayiş etdirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “VKontakte” səhifəsində xəbər yayılıb.
Qeyd edək ki, “Barbi”nin göstəriləcəyi şəhər və kinoteatrların da siyahısı təqdim edilib.
Qeyd olunur ki, film kinozalları icarəyə götürən “Filmoteka” şirkətinin “Kinoteka” layihəsi çərçivəsində “Kinomax” kinoteatrlar şəbəkəsi tərəfindən nümayiş etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl KİV-də və Telegram kanallarında Mədəniyyət Nazirliyinin Rusiyada “Barbi” və onunla eyni vaxtda ekranlara çıxan “Oppenheimer” filminin nümayişinə qadağa qoyduğu barədə xəbərlər yayılmışdı.
Q vaxt qeyd olunmuşdu ki, filmlər guya ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunması və möhkəmləndirilməsi məqsədlərinə cavab vermirlər.
Nazlı