Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edib

14 Sentyabr 2023 09:46 (UTC+04:00)

Elm və Təhsil Nazirliyi valideynlərə müraciət edib.

SİA-nın xəbərinə görə, qurumdan bildirilib ki, 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu 14 sentyabr saat 18:00-da yekunlaşacaq.

Qeyd edilən tarixdən etibarən mektebeqebul.edu.az elektron sistemi bağlanacaq.