Məşhur aktrisa ilk dəfə boşanmasından danışdı

14 Sentyabr 2023 06:12 (UTC+04:00)

Məşhur aktrisa Ceyda Düvenci aparıcısı olduğu "Bam Başka Sohbetler"in ilk bölümündə Bülent Şakrakla boşanmasından danışıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa ağır çətinliklərdən sonra boşandığını dilə gətirib.

Ceyda Düvenci açıqlamasında, "Həyatımın dəyişdiyi bir yay idi. İndi yaxşıyam. Bəli, bir az çətin idi, amma indi hər kəsin yaxşı olduğu, hər birinə uyğunlaşa biləcəyimiz bir payızı qarşılayıram. Bizim yeni həyatımızda başqa, uşaqlarımız isə hər şeyi qəbul edir və tədricən yeni nizama alışırlar", - deyib.

Ceyda Düvenci fikirlərini belə davam etdirib: "Həyatda bəzən gözlənilməz dəyişikliklər olur. Günün sonunda bütün emosiyaları ədalətlə yerinə yetirməklə aşmaq, sonra qaldığı yerdən yoluna davam etmək və əlaqələri köhnəltmədən müəyyən bir hörmət çərçivəsində davam etdirmək yaxşıdır".