Sevastopola Britaniyanın "Storm Shadow" raketləri ilə hücum edilib

13 Sentyabr 2023 18:47 (UTC+04:00)

Ötən gecə Sevastopola hücumu Ukrayna Silahlı Qüvvələri Britaniyanın “Storm Shadow” raketlərindən istifadə edərək həyata keçirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri öz mənbəsinə istinadən “Sky News” yayıb.

Rusların yazdığına görə, Sevastopolda hərbi dəniz zavoduna hücum edən Ukraynaya məxsus 10 qanadlı raket, iki gəmini zədələyib və 24 nəfəri isə yaralayıb.

Xarici nəşr həmçinin “Storm Shadow”-un istifadəsi ilə bağlı məlumatı dolayısı ilə təsdiqləyən britaniyalı admiral Ben Keynin sözlərindən sitat gətirib.

Beləliklə, britaniyalı admiralın sözlərinə görə, hazırda ukraynalılar innovativ ideyalardan və riskə getməyə hazır olmaqdan istifadə etməklə nələrin edilə biləcəyini nümayiş etdirirlər.

Nazlı