Ağdam istiqamətində erməni silahlılarının təxribatının qarşısı alınıb- MN

13 Sentyabr 2023 13:16 (UTC+04:00)

Sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.

SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb", MN-dən bildirilib.